Bakı. Trend:
Yeni Zelandiya hökuməti parlamentə 16 yaşına çatmamış uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı qanun layihəsini çıxarıb.
Trend xarici KİV-lərə xəbər verir ki, bu haqda ölkənin baş naziri Kristofer Lakson bəyan edib.
“Biz öz uşaqlarımızı sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq istəyirik. Məhz bunun üçün bu gün 16 yaşdan aşağı uşaqların sosial şəbəkədən istifadəsinin qadağan edilməsi haqda qanun layihəsi təqdim etmişik”, - Lakson “X” səhifəsindəki paylaşımında bildirib.
Parlamentə təqdim olunmuş sənədlərə əsasən, qanun layihəsinin əsas məqsədi həddi buluğa çatmamış vətəndaşların bulinqdən, qadağan olunmuş məzmundan və sosial şəbəkə alüdəçiliyindən qorumaqdır.