Bakı. Trend:
Avropanın Ədliyyə məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni 2021-2023-cü illəd COVİD-19-a qarşı peyvəndin alınması ilə bağlı müqavilələr barədə məlumatları gizlətməkdə cavabdeh olduğunu müəyyən edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Məhkəmə iddiaçı tərəfin arqumentlərini tutarlı sayıb”, - deyə məhkəmə qətnaməsində qeyd olunur.
Qeyd edək ki, fon der Lyayenə qarşı ittihamı 2023-cü ildə “The New York Times” qəzeti irəli sürmüşdü. Qəzet yazırdı ki, Avropa Komissiyasının rəhbəri “Pfizer” şirkətinin rəhbəri Albert Burla ilə Avropa İttifaqı üçün 30 milyard avrodan artıq məbləğdə peyvənd alınmasına dair müqavilə şərtlərini razılaşdırdığı SMS mesajlarının ictimailəşdirilməsindən əsassız olaraq imtina etmişdi.