Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti öz işinə başlayıb.
Trend xəbər verir ki, tədbirin rəsmi hissəsi Səudiyyə Ərəbistanının dövlət televiziya kanalı “Al Ekhbariya” tərəfindən yayımlanır.
Görüş ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə həsr olunub. Bu ölkə amerikalı prezidentin Yaxın Şərq turnesi çərçivəsində ziyarət etdiyi ilk dövlət olub. Sammitdən əvvəl Tramp Suriya prezidenti Əhməd ƏşŞaraa ilə danışıqlar aparıb. Ər-Riyadda keçirilən ABŞ və Suriya liderlərinin bu görüşü son 25 ildə ilk belə hadisə olub.
Sammitdə Donald Trampdan əlavə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani, Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə, Küveyt əmiri şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Əbu-Dabi əmirliyinin vəliəhdi və BƏƏ prezidentinin böyük oğlu şeyx Xalid bin Məhəmməd Al Nəhəyyan, həmçinin, Oman baş nazirinin müavini şeyx Əsəd bin Tariq Al Səid iştirak edirlər.
Xəbər yenilənəcək