Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Böyük Karl” mükafatına layiq görülüb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, sözügedən mükafat Avropanın birləşməsinə böyük töhvə vermiş şəxslərə verilir. Mükafatlandırma mərasimi Almaniyanın Aahen şəhərində keçirilib.
Mükafatın direktorlar şurası Avrokomissiya rəhbərini “dünyada Avropanın güclü səsi” adlandırıb. Onun koronavirus pandemiyası ilə mübarizədə, iqlimlə bağlı gündəliyin təşviqində, həmçinin Avropa İttifaqında avropayönümlü çoxluğun formalaşdırılmasında göstərdiyi səylər yüksək qiymətləndirilib.