...

İranın buraxdığı bütün dronlar zərərsizləşdirilib - İsrail MN

Dünya xəbərləri Materials 13 İyun 2025 12:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrailə buraxdığı bütün pilotsuz uçuş aparatları uğurlu şəkildə zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bundan əvvəl İsrail KİV-də İrandan İsrail istiqamətində 100-dən çox dronun buraxıldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti