Bakı. Trend:
Bazar günü Yəmən sularında qanunsuz mühacirləri daşıyan qayığın batması nəticəsində azı 68 nəfər ölüb, 74 nəfər itkin düşüb.
Trend xəbər verir ki, bu barədə “Associated Press” Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verir.
Son zamanlar davamlı münaqişə və səfalət ucbatından Afrika ölkələrini tərk edərək, zəngin Körfəz ölkələrinə pənah aparan qanunsuz miqrantların axınında artım müşahidə olunmaqdadır.
Bu səfər qəzaya uğrayan qaçaqmalçı qayığının göyərtəsində 154 efiopiyalı mühacir olub və qayıq Ədən körfəzində Yəminin Əbyan əyalətinin cənub sahillərində batıb.