...

Mask tarixdə bir ilkə imza atıb - sərvəti 500 milyard doları ötüb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 20:39 (UTC +04:00)
Mask tarixdə bir ilkə imza atıb - sərvəti 500 milyard doları ötüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar və milyarder Elon Mask tarixdə ilk dəfə $500 milyard sərvətə sahib olan insana çevrilib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Maskın sərvəti bu yaxınlarda $500 milyarda qədər artmış, sonra isə bir qədər azalararaq $499,1 milyarda düşmüşdür. Bu, “Tesla” şirkətinin səhmlərinin təxminən 14 faiz bahalaşmasından sonra baş verib ki, bu da şirkətin 12%-inə sahib olan Maskın sərvətini əhəmiyyətli dərəcədə artırıb.

Mask həmçinin, “SpaceX” və “xAI” kimi kosmik və texnologiya nəhənglərinin iri pay sahibdir ki, bu da sahibkara illik yaxşı gəlir gətirir.

Qeyd edək ki, sentyabrın əvvəlində “Forbes” jurnalı dünyanın və ABŞ-ın ən varlı insanların siyahısını təqdim edib. Bu siyahıda ilk yeri dördüncü il ardıcıl olaraq “Tesla” və “SpaceX”in təsisçisi Elon Mask tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti