...

Almaniyanın daxili işlər naziri ölkədə terror təhlükəsinin yüksək olduğunu bildirib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 01:01 (UTC +04:00)
Almaniyanın daxili işlər naziri ölkədə terror təhlükəsinin yüksək olduğunu bildirib

Bakı. Trend:

Berlində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı şəxsin həbsindən sonra Almaniyada yüksək terror təhlükəsi var.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib.

"Berlindəki həbs bir daha göstərir ki, Almaniyada terror təhlükəsi səviyyəsi mücərrəd olsa da, yenə də yüksəkdir. 2023-cü ildən bəri Almaniyada olan suriyalı şəxsin terror hücumuna hazırlıq etdiyini göstərən hərəkətləri dərhal aşkar edilib", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti