Bakı.Trend:
Türkiyənin müxtəlif vilayətlərində son bir həftə ərzində kibercinayətlərə qarşı keçirilmiş əməliyyatlarda 403 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya rəsmi “X” səhifəsində paylaşım edib.
Məlumata görə, 25 vilayətdə onlayn dələduzluq, qanunsuz mərc oyunları, onlayn uşaq pornoqrafiyası kimi cinayətlərə qarşı keçirilən əməliyyatların gedişində saxlanılmış şübhəlilərdən 179 barəsində həbs qətimkan tədbiri seçilib.
97 nəfər yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb, ümumi dəyəri 72 milyon lirə olan əmlak müsadirə olunub.
