Bakı. Trend:
Ankara Amerika istehsalı “F-35” qırıcılarının istehsalı və satınalınması proqramına qayıtmaq istəyirsə, Rusiya istehsalı olan “S-400” hava hücumlarından müdafiə sistemlərindən imtina etməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ninTürkiyədəki səfiri Tom Barrak mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Ankara “S-400” məsələsi və Türkiyənin F-35 proqramına “yenidən qoşulmaq” istəyinə dair danışıqlar aparırlar.
“ABŞ qanunvericiliyinə əsasən, Türkiyə “F-35” proqramına qayıtmaq üçün S-400 sistemlərini daha artıq istismar edə və ya onlara sahib ola bilməz”, – deyə Barrak bildirib.
Səfir vurğulayıb ki, prezidentlər Rəcəp Tayyib Ərdoğan və Donald Tramp arasında bu məsələyə dair münasibətlər son onilliklər ərzində “ən məhsuldar” olub. O, bunun yaxın aylarda irəliləyişə gətirib çıxaracağına ümid etdiyini və Türkiyənin ABŞ-nin “təhlükəsizlik tələblərini təmin edəcəyini” deyib.
