...

"Intel" Avropa Komissiyasına qarşı məhkəməni uduzub: külli miqdarda cərimə ödəyəcək

Dünya xəbərləri Materials 10 Dekabr 2025 16:16 (UTC +04:00)
"Intel" Avropa Komissiyasına qarşı məhkəməni uduzub: külli miqdarda cərimə ödəyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın texnologiya nəhəngi “Intel” Avropa Komissiyasına qarşı apellyasiya məhkəməsini uduzub. Avropa İttifaqının Ümumi Yurisdiksiya Məhkəməsi korporasiyanın Avropa Komissiyası tərəfindən 2023-cü ildə tətbiq edilmiş antiinhisar cəriməsi ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məhkəmə təyin olunan cərimə məbləğinin həddən artıq çox olduğunu hesab edərək onu üçdə bir həcmində ( 376 milyon avrodan 237 milyon avroya) azaldıb.

Qeyd edək ki, Avropa Komissiyası cəriməni onunla əsaslandırır ki, 2002-ci ilin noyabrından 2006-cı ilin dekabrınadək “Intel” korporasiyası “HP”, “Acer” və “Lenovo” şirkətlərinə rəqib mikroproses istehsalçıları, ilk növbədə AMD-nin məhsulları ilə təchiz olunmuş cihazlarının buraxılışını təxirə salmaları və ya onlardan tamamilə imtina etmələri üçün həmin şirkətlərlə gizli ödənişlər edirdi. Belə ödənişlər tənzimləyici qurumlar tərəfindən rəqabətin birbaşa məhdudlaşdırılması kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti