...

Rumıniya ABŞ-nin Ukrayna üçün silah tədarükü proqramına qoşulub

Dünya xəbərləri Materials 31 Dekabr 2025 08:21 (UTC +04:00)
Rumıniya ABŞ-nin Ukrayna üçün silah tədarükü proqramına qoşulub

Bakı. Trend:

Rumıniya NATO üzvü olan Avropa ölkələrinin Kiyev üçün ABŞ ehtiyatlarından silah aldığı PURL (Ukrayna üçün Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində Ukraynaya silah alınması məqsədilə 50 milyon avro vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilir ki, "Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi PURL-a töhfə verən ölkələrə qoşulmaq və 50 milyon avro məbləğində ianə etmək barədə qərar qəbul edib".

"PURL mexanizmi, xüsusilə Tramp administrasiyasının müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərinin daha ədalətli bölüşdürülməsi yanaşması kontekstində, ABŞ administrasiyası üçün mühüm xarici siyasət və təhlükəsizlik alətidir. ABŞ tərəfi PURL vasitəsilə tərəfdaş ölkələri Ukraynanın dəstəklənməsinə birbaşa və ölçülə bilən şəkildə cəlb etməyə, eyni zamanda əlaqələndirilmiş fəaliyyət çərçivəsi yaratmağa çalışır", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti