Bakı. Trend:
Seysmoloqlar Meksikada baş vermiş 6,5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Meksikanın Milli Seysmoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlardan ən güclüsü 4,7 maqnitudalı olub.
Seysmoloji aktivliyin monitorinqi davam etdirilir.
Qeyd edək ki, ilk zəlzələ 6,5 bal gücündə olub və zəlzələnin episentri San-Markos şəhərindən 15 kilometr cənub-qərbdə olub. Zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.
