...

Qətər İranda vəziyyətin nizamlanması üzrə danışıqlara qoşuldu

Dünya xəbərləri Materials 13 Yanvar 2026 14:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətər İran ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlarda iştirak edir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Diplomatik qurum bildirib ki, Qətər İran ətrafında gərginliyin artması ehtimalına qarşı təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti