...

Meksika stadionunda silahlı insident – 11 nəfər öldü

Dünya xəbərləri Materials 26 Yanvar 2026 11:07 (UTC +04:00)
Meksika stadionunda silahlı insident – 11 nəfər öldü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Salamanka şəhərində yerləşən futbol stadionuna silahlı hücum edən bir qrup şəxs 11 nəfəri qətlə yetirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sezar Prieto öz rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Hücumun motivləri hələlik bəlli deyil. Silahlı hücum zamanı aralarında qadın və uşaqlar olmaqla 12 nəfərin yaralandığı bildirilir.

“Bu hadisə təəssüf ki, ştatda, xüsusilə də Salamankada yaşadığımız zorakılıq dalğasına daha bir əlavədir. Təəssüf ki, cinayətkar qruplar hakimiyyət orqanlarını özlərinə tabe etdirməyə çalışırlar, lakin buna nail ola bilməyəcəklər”, – deyə Prieto bildirib.

Salamankanın yerləşdiyi Guanaxuato ştatının Baş prokurorluğu hücumla bağlı istintaqa başlanıldığını açıqlayıb.

Hücumu həyata keçirənlərin aqibəti ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti