...

Aİ-də elektrik avtomobilləri ilk dəfə benzinliləri üstələdi

Dünya xəbərləri Materials 27 Yanvar 2026 20:02 (UTC +04:00)
Aİ-də elektrik avtomobilləri ilk dəfə benzinliləri üstələdi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-də elektrik avtomobilləri ilk dəfə benzinliləri üstələyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Məlumata görə, Avropa Birliyində dekabr ayında tam elektrikli avtomobillərin satışları ilk dəfə benzinlə işləyən avtomobillərin satışlarını ötüb.

Qeydiyyat artımı əsasən batareya ilə işləyən elektrik avtomobillərinin satışlarından qaynaqlanır. Bu yüksəliş, Avropa bazarında illik müqayisədə altıncı ardıcıl aylıq artımın qeydə alınmasına səbəb olub.

Qeyd edək ki, Böyük Britaniya ilə Norveçdə də elektrişli avtomobillərin satışı benzin avtomobillərinin satışlarını üstələyib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti