...

İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri

Dünya xəbərləri Materials 1 Fevral 2026 15:19 (UTC +04:00)
İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda son vaxtlar baş verən iğtişaşlar çevrilişə bənzəyirdi.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İranda İslam İnqilabının 47-ci illiyinin tədbirlərinin başlanması ilə əlaqədar Tehranda bir qrup İran vətəndaşını qəbulu zamanı deyib.

Onun sözlərinə görə, polis şöbələri, İslam İnqilabı Keşikçilər Koprusu (SEPAH) mərkəzləri, bəzi dövlət mərkəzləri, banklar kimi ölkənin idarə olunmasında effektiv və önəmli mərkəzlərin dağıdılması, məscidlərə xəsarətin yetirilməsi bu iğtişaşların çevrilişə bənzədiyini göstərir.

Xamenei əlavə edib ki, təbii ki, ölkədə baş verən iğtişaş yatırıldı. Çox təəssüflər olsun ki, ölü sayının artırılmasına cəhd göstərildi. İğtişaşçılar ölü sayının daha çox olmasını istəyirdi. Əlbəttə çoxlu sayda ölünün olması da təəssüfləndirici haldır.

İranın Ali Lideri qeyd edib ki, əsas məqsəd ölkənin təhlükəsizliyini alt-üst etmək idi. Ölkədə təhlükəsizlik olmazsa, heç nə yoxdur, nə çörək, nə istehsal, nə gəlir, nə dərs, nə də inkişaf yoxdur.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda 3 117 nəfərin öldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti