...

İlon Mask "Tesla Semi" yük maşınlarının istehsalına başladığını açıqladı

Dünya xəbərləri Materials 8 Fevral 2026 23:28 (UTC +04:00)
İlon Mask "Tesla Semi" yük maşınlarının istehsalına başladığını açıqladı

Bakı. Trend:

"Tesla Semi" elektrik yük maşınının kütləvi istehsalına 2026-cı ildə başlanılması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə "Tesla" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.

""Tesla Semi"nin kütləvi istehsalına bu il başlanacaq", - deyə o bildirib.

Avtomobil istehsalçısının rəsmi veb saytında yük maşınının doldurulmadan 500 milə (təxminən 805 km) qədər məsafə qət edə biləcəyi və "Tesla" şarj cihazlarının 30 dəqiqə ərzində məsafənin 60 faizə qədərini bərpa edə biləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti