Bakı. Trend:
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevi, həmçinin fövqəladə hallar naziri Babək Ajikeevi vəzifələrindən azad edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərmanlar imzalanıb.
Meder Maşiyev 5 sentyabr 2024-cü ildə nazir təyin olunmuşdu. Babək Ajikeev isə 2020-ci ildən fövqəladə hallar naziri vəzifəsini tuturdu. O, 3 fevral 2021-ci ildə Ulukbek Maripovun hökumətinin tərkibində yenidən Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib, 2021-ci ilin oktyabrında isə yeni Nazirlər Kabineti formalaşdırılarkən vəzifəsini qoruyub saxlamışdı.
Kadr islahatının səbəbləri rəsmi məlumatlarda qeyd edilməyib. Bundan əvvəl Sadır Japarov Absattar Sırqabayevi nəqliyyat və kommunikasiyalar naziri vəzifəsindən azad edib.
