Bakı. Trend:
Türkiyənin Zonquldağ vilayətinin Kilimli rayonunda yerləşən mədəndə uçqun baş verib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, uçqundan sonra 3 mədənçi dağıntılar altında çıxılmaz vəziyyətdə qalıb.
Məlumata görə, həmin fəhlələrin xilas edilməsi üçün hadisə yerinə çox sayda xilasedicilər göndərilib.
Uçqunun səbəbləri barədə hələlik məlumat verilmir.
