...

İstanbulda bomba partlayışı nəticəsində 31 nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 Aprel 2006 14:03 (UTC +04:00)

Bazar günü axşam İstanbulda baş vermiş bomba partlayışı nəticəsində 31 nəfər yaralanıb.

Trend in xəbər verdiyi kimi, yaralıların 2-si, o cümlədən 10 yaşlı uşaq ağır vəziyyətdədir. Digər xəsarət alanlara isə elə yerindəcə tibbi yardım göstərilib.

İstanbulun Təhlukəsizlik İdarəsinin rəisi Cəlaləddin Cərrahın sözlərinə görə, həlak olan yoxdur. O, həmçinin, partlayışın məişət qazının sızması nəticəsində baş verməsi ilə bağlı məlumatı təkzib edib. "Partlayış qazın sızması nəticəsində yox, partladıcı qurğunun işə düşməsi ilə əlaqədar baş verib. Hələlik partladıcı maddənin növü müəyyən edilməyib. Hazırda ekspertlər hadisə yerində işləyir", - deyə C.Cərrah qeyd edib. Bu barədə İTAR-TASS məlumat verir.

Xəbər lenti

Xəbər lenti