...

Xəzərdəki "Sahil" yatağında qəza vəziyyətində olan quyuda germetizasiya işləri başa çatıb

Dünya xəbərləri Materials 23 May 2006 15:35 (UTC +04:00)

Qazaxıstan Fövqaladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Xəzərdəki "Sahil" yatağında qəza vəziyyətində olan quyuda germetizasiya işləri başa çatıb. Quyudan sızmış neft ləkəsinin ölçüsü 2,5 km x 10 m. təşkil edir. Quyu müvəqqəti olaraq germetikləşdirilib.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, 1 saylı quyudan neft sızması 2006-cı ilin mayın 14-də aşkar edilmişdir. O zaman neft ləkəsinin ölçüsü 2 km x 10 m idi. Yataq 10 il bundan əvvəl Xəzər dənizinin səviyyəsi qalxdıqda su altında qalmışdır. Quyuların tam konservasiyasına vaxt olamadı və indi həmin quyular ekologiya üçün potensial təhlükə kəsb edir. Atırau və Manqıstau ərazilərində ümumilikdə mindən artıq su altında qalmış quyu var.

Xəbər lenti

Xəbər lenti