...

Ukrayna, Polşa və AB Odessa-Brodı-Plotsk net kəməri biznes layihəsinin əsas variantını razılaşdırıb

Dünya xəbərləri Materials 23 May 2006 17:35 (UTC +04:00)

Ukrayna, Polşa və AB 2006-cı ilin mayın 19-da Finlyandiyanın Sweco PIC şirkətinin başçılıq etdiyi konsorsiumun iştirakı ilə hazırlanmış Odessa-Brodı-Plotsk net kəməri biznes layihəsinin əsas variantını razılaşdırıb. Bu barədə jurnalistlərə "Ukrtransneft" SC-nin idarə heyətinin sədri Aleksandr Todiyçuk bildirib. Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycandakı neft şirkətləri, eləcə də neft emalı zavodlarının sahibləri üçün layihənin təqdimat qrafikini təsdiqləyib. Bundan sonra potensial iştirakçıların təklifləri əsasında bank kreditlərinin alınması üçün biznes-plan hazırlanıb.

Trend agentliyinin "RBK"yə istinadən yaydığı məlumata əsasən, Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkovun dediklərinə görə, 2006-cı ilin mayın 22-də GUAM iqtisadiyyat, energetika və nəqliyyat nazirlərinin Kiyevdə keçirilən görüşündə tərəflər həmin layihənin aktuallığını təstiqdəlib.

2005-ci ilin avqustunda Odessa - Brodı - Plotsk layihəsi üçün məsləhətçinin seçilməsi üzrə tenderrin qalibi özündə Almaniyanın ILF GmbH və Yunanıstanın KANTOR şirkətlərini birləşdirən Sweco PIC şirkətinin başçılıq etdiyi konsorsium elan olunub.

Xəbər lenti

Xəbər lenti