...

ABŞ və Gürcüstan prezidentləri çərşənbə günü Vaşinqtonda görüşəcəklər

Dünya xəbərləri Materials 5 İyul 2006 19:17 (UTC +04:00)

ABŞ və Gürcüstan prezidentləri Corc Buş və Mixail Saakaşvili çərşənbə günü Vaşinqtonda, Ağ Evdə görüşəcəklər.

Trend in Praym-Nyusa istinadən verdiyi xəbərə görə, prezidentlər görüşdə gürcü-abxaz və gürcü-osetin münaqişəsinin sülh yolu ilə nizama salınmasının irəliləməsi üzrə edilən cəhdləri müzakirə edəcəklər.

ABŞ prezidentinin mətbuat xidməti Gürcüstan prezidentinin Vaşinqton səfəri barədə rəsmi bəyanatında göstərib ki, "Gürcüstanda qızılgül inqilabı müasir tarixdə əzəmətli an olub və bu inqilab başqalarını azadlığa can atmağa ruhlandırıb".

"Gürcüstan mühüm regionda əsas müttəfiq, terrorla müharibədə dəyərli tərəf-müqabilidir", - deyə Ağ Evdə bildiriblər.

Corc Buş və Mixail Saakaşvili 2005-ci il mayın 9-10-da ABŞ prezidentinin Gürcüstana səfərindən sonra Gürcüstanın demokratiyaya keçidinin birləşmə yollarını müzakirə edəcəklər.

ABŞ və Gürcüstanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, Gürcüstanın Avropa-Atlantika cəmiyyətinə daxil olmaq səyləri gözdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti