...

Putin: Rusiya bir çox ölkələrlə vizasız mübadiləyə keçməyə hazırdır, lakin viza siyasətini həmin ölkələrin viza siyasətinə uyğunlaşdıracaq

Dünya xəbərləri Materials 7 İyul 2006 15:45 (UTC +04:00)

Viza məsələləri müasir dünyada qarşılıqlı əsasda həll olunur. Rusiya elə indi Avropa Birliyi və bir çox ölkələrlə vizasız mübadiləyə keçməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin internet konfransda bildirib. "Biz elə indi bunu edə bilərik " - deyə o qeyd edib və əlavə edib ki, bu Rusiyadan asılıdır. Belə məktubları Brüssel, Paris, London, Berlin və digər qərb paytaxtlarına göndərmək lazımdır. Onun sözlərinə görə, Berlin səddinin dağıdılmasından sonra Avropada heç bir sədd, o cümlədən, vətəndaşların qitədə hərəkətini məhdudlaşdıran sədd ucaldıla bilməz.

Trend agentliyinin "Finmarket"ə istinadən yaydığı məlumata əsasən, dövlət başçısı bəyan edib ki, Rusiya da çox iş görməlidir ki, Avropa ölkələrinin vətəndaşları Rusiya ərazisindən onlara terrorçular və narkotik maddələr kimi arzuedilməz elementlərin daxil olacağından qorxmasın.

Buna görə Rusiyanın qarşısında sərhədlərinin möhkəmləndirilməsi kimi vəzifə durur. "Biz bunu edəcəyik " -deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, Rusiya Avropa Birliyi ilə bu sahədə son məqsədin vizasız mübadilənin olması barədə danışıqlar aparır. Hazırda bir sıra vətəndaşlar, xüsusilə, tələbə, jurnalist, idmançı və siyasətçilər üçün viza rejiminin asanlaşdırılmasına nail olunub. Prezidentin fikrincə, bütün bu insan kategoriyaları üçün viza sadələşdirilmiş qaydada təqdim olunmalıdır. O, bu rejimə mümkün qədər qısa müddət keçmək arzısını bildirib. Rusiya Avropa Birliyi ilə Avropa ölkələrinə icazəsiz getmiş şəxslərin geri qaytarılması haqqında müqavilə bağlayıb.

V.Putin deyib ki, o, Qərb ölkələrinə viza almaq istəyən Rusiya vətəndaşlarının hansı hörmətsizliklə qarşılaşdığını bilir.

Xəbər lenti

Xəbər lenti