...

Məhkəmə NTV kanalının prodüseri Elxan Mirzəyevə hücum etmiş iki moskvalını bir il yarım azadlıqdan məhrum edib

Dünya xəbərləri Materials 12 İyul 2006 19:30 (UTC +04:00)

Moskvanın Tver məhkəməsi çərşənbə günü NTV kanalının prodüseri Elxan Mirzəyevə hücum etmiş iki moskvalının bir il yarım müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, məhkəmə Vladislav Barketovu və Vitali Qolikovu Mirzəyevə hücum etməkdə təqsirli bilib.

"Müttəhimlər son sözlərini söyləyərkən, "sağlamlığa yüngül xəsarət yetirdiklərinə görə" camaat qarşısında üzr istəyiblər. Barketov və Qolikov məhkəmə zalında həbs ediliblər. Məhkəmə onları RF CM-in 282-ci maddəsi ilə ("Millətçiliyə görə nifrət və düşmənçiliyin oyadılması") müqəssir hesab edib. Bununla yanaşı məhkəmə RF CM-in 115-ci maddəsini ("Sağlamlığa qəsdən yüngül xəsarətin yetirilməsi") ittihamdan çıxarıb, çünki 282-ci maddə 115-ci maddəni də əhatə edir.

Hökm oxunduqdan sonra prokurorluğun nümayəndəsi Yelena Savina bildirib ki, onlar belə sərt qərar gözləmirdilər. Əvvəl dövlət ittihamçısı Savina məhkəmədə müttəhimlərin hər biri üçün iki il şərti cəza müddəti və 10 min rubl cərimə tələb edib. Müttəhimlər son sözlərində "sağlamlığa yüngül xəsarət yetirdiklərinə görə" camaat qarşısında üzr istəyiblər. "Mən prokurorun müttəhimlər üçün tələb etdiyi şərti müddətlə razı deyiləm", - deyə Mirzəyev məhkəmə iclasından sonra bildirib, - "onları real həbs müddəti ilə cəzalandırmaq lazımdır, çünki mənim yerimə özünü müdafiə edə bilməyən adam ola bilərdi".

E.Mirzəyev xatırladıb ki, ona aprelin 3-də hücum ediblər. "Mən metronun "Universitet" stansiyasından "Oxotnıy Ryad" stansiyasına gedirdim. Bir qrup şəxs ya "Park kulturı", ya da "Kropotkinski" stansiyasında vaqona daxil oldular. Onların ikisi yanımda oturdular. Hamısının əlində pivə var idi. Əvvəlcə nə oxuduğumu və sonra niyə "rədd olub getmədiyimi" aydınlaşdırmağa başladılar". Mirzəyevin sözlərinə görə, "Oxotnıy Ryad" stansiyasına yaxınlaşarkən, o, hiss edib ki, gənclərdən biri pivəni onun başına tökür, sonra isə bir neçə dəfə butılka ilə başına vurublar. "Onlar məni döyməyə başladılar, milliyyətçilik şüarları deməyə başladılar. Qatar "Oxotnıy Ryad" stansiyasında dayanan kimi, onlar qaçaraq vaqondan çıxdılar və vacib sənədlərin olduğu çantanı da özləri ilə apardılar", - deyə zərərçəkən əlavə edib.

Xəbər lenti

Xəbər lenti