...

AB-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqların formatı dəyişilməyəcək

Dünya xəbərləri Materials 24 İyul 2006 18:33 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqların formatı dəyişilməyəcək, ATƏT Minsk Qrupu olaraq qalacaq. Bu barədə Ermənistan xarici işlər naziri Vardan Oskanyanla AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebinin birgə mətbuat konfransında bildirib.

"Formatın dəyişdirilməsi mümkünlüyü müzakirə olunmur. Danışıqlara görə ATƏT Minsk Qrupu məsuliyyət daşıyacaq" - deyə xüsusi nümaynədə vurğulayıb.

Trend "ARKA"ya istinadən xəbər verir ki, ATƏT Minsk Qrupu 1992-ci ildən fəaliyyət göstərir. Onun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik etməkdir. Hazırda ATƏT Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır.

P.Semnebi iyulun 23-də Ermənistana səfər edib. Bu səfər iyulun 25-nə qədər davam edəcək.

P.Semnebi 2006-cı il martın 1-də Finlyandiya diplomatı Heyki Talvityenin yerinə AB-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib.

Xəbər lenti

Xəbər lenti