...

Gürcüstan və Hollandiya qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb

Dünya xəbərləri Materials 26 İyul 2006 15:17 (UTC +04:00)

Tbilisidə Gürcüstanla Hollandiya arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Maliyyə Nazirliyindən "Praym-Nyus"a verilən məlumata əsasən, memorandumlar Gürcüstanda "İnkişaf edən bazarlarla əməkdaşlıq" və "Su sahəsində tərəfdaşlar" layihələrinin gerçəkləşdirilməsinin tezləşdirilməsini nəzərdə tutur.

Birinci layihə gürcü və holland iş adamları arasında iqtisadi əməkdaşlığına dəstək, eləcə də Gürcüstanda özəl sektora yardım nəzərdə tutur.

Layihədə prioritet istiqamətlər sayəsində yeni iş yerlərinin yaradılacağı, kiçik və orta müəssisələrin inkişaf edəcəyi, yoxsulluğun azaldılacağı proqram və biznes təklifləridir.

"Su sahəsində tərəfdaşlar" layihəsinin məqsədi Gürcüstanın su sektorundakı problemlərin həlli, menecmentin təkmilləşdirilməsi və Hollandiyanın bu sahədəki təcrübəsinin istifadəsidir.

Layihənin gerçəkləşdirilməsində həm hökumət, həm də qeyri-hökumət təşkilatları, eləcə də özəl qurumlar iştirak edə bilər. Memorandumun etibarlıq müddəti 2 ildir.

Xəbər lenti

Xəbər lenti