...

Jak Şirak: NATO Livandakı sülhyaratma missiyasına rəhbərlik etməməlidir

Dünya xəbərləri Materials 26 İyul 2006 16:56 (UTC +04:00)

Fransa prezidenti Jak Şirak NATO qoşunlarının Cənubi Livana yeridilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, sülhyaratma missiyasına Şimali Atlantik Alyansı başçılıq etməməlidir. Belə ki, bu, "regionda "Qərb ordusu" kimi qəbul edilir. NATO-nun nüfuzu bloka sülhyaratma missiyasını effektiv surətdə yerinə yetirməyə imkan verməyəcək", - deyə (C) Associated Press Fransa prezidentinin sözlərini sitat gətirir.

Xatırladaq ki, Livana beynəlxalq qüvvələrin yerləşdirilməsi ideyasını ilk dəfə Böyük Britaniyanın baş naziri Toni Bleyer irəli sürüb. Daha sonra bu ideyanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu dəstəkləyib. O, beynəlxalq hərbi iştirakın vacibliyini "tərəflər arasında etibarın səviyyəsinin sıfıra bərabər olması" ilə izah edib. O, həmçinin, AB ölkələrinin də sülhyaratma missiyasının formalaşdırılmasında iştirak edəcəyinə ümid etdiyini bildirib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, əvvəlcə Yerusəlim Livana beynəlxalq sülhməramlıların yerləşdirilməsinə qarşı idi. Ancaq daha sonra NATO kontingentinin iştirakına razılıq verib.

Xəbər lenti

Xəbər lenti