...

Viktor Yanukoviç Ukraynanın baş naziri vəzifəsindən imtina etmək niyyətində deyil

Dünya xəbərləri Materials 31 İyul 2006 18:01 (UTC +04:00)

Regionlar Partiyasının lideri Viktor Yanukoviç Ukraynanın baş naziri vəzifəsindən imtina etmək niyyətində deyil. "Konstitusiyaya əsasən bu namizədliyi koalisiya irəli sürür. Koalisiya artıq qərar verib və indi prezident onun namizədini təsdiq etməlidir", - deyə bu gün Yanukoviç jurnalistlərə bildirib.

"Mövcud konstitusiya çərçivəsində hadisələrin inkişafının digər variantı mövcud deyil", - deyə o qeyd edib və bildirib: "Əgər koalisiyanın qərarı varsa, o zaman seçicilərin istəyi də var".

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, əgər avqustun 2-ə qədər prezident onun namizədliyini irəli sürməsə, onun nə edəcəyi barədə suala Yanukoviç belə cavab verib ki, o, falçılıq etmək istəmir və prezidentin konstitusiya çərçivəsində fəaliyyət göstərəcəyinə inanır.

"Deyəndə ki, prezident qəsdən vəziyyətin sabitliyini pozur, mən buna inanmıram. Hələ ki, prezident konstitusiya çərçivəsində fəaliyyət göstərib və fəaliyyət göstərir, bu məsələdə anlaşılmanın olması mühümdür", - deyə Yanukoviç bildirib.

Xəbər lenti

Xəbər lenti