...

İstanbulda keçirilmiş etiraz aksiyası polislə toqquşma ilə nəticələnib

Dünya xəbərləri Materials 1 Avqust 2006 13:03 (UTC +04:00)

İsrailin Livanda apardığı hərbi əməliyyatlara etiraz olaraq İstanbulda keçirilmiş mitinq ölkə polisi ilə toqquşmalara səbəb olub. Trend in xüsusi müxbirinin məlumatına görə, bir sıra solçu təşkilatlar tərəfindən bu aksiya Livanda dinc əhalinin, o cümlədən uşaqların həlak olması ilə nəticələnmiş sonuncu bombardmanlara etiraz olaraq keçirilib.

Polis İstiqlal küçəsində toplaşmış nümayişçiləri tərkibində gözyaşardıcı qaz olan qumbaralardan istifadə edərək dağıtmağa çalışıb.

Polislə toqquşma kütləvi iğtişaşa gətirib çıxarıb və İstiqlal meydanına çatıb. Axşam polis vəziyyəti nəzarət altına alıb. Daha aqressiv etirazçılar həbs olunub.

Xəsarət alanlar var. Bank müəssisələrinə, mağaza və ticarət obyektlərinə ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti