...

RF Federal Dövlət Statistika Xidmətinin rəhbəri: 2007-ci ildən etibarən Rusiya əhalisi ildə 1 mln. nəfər azalacaq

Dünya xəbərləri Materials 25 Avqust 2006 11:14 (UTC +04:00)

2007-ci ildən etibarən Rusiya əhalisi ildə 1 mln. nəfər azalacaq. Bu məlumatı Rusiyanın Federal Dövlət Statistika Xidmətinin Rəhbəri Vladimir Sokolin Moskvada mətbuat konfransında bildirib.

Rusiyaya mühacirlərin lazım olub-olmaması haqqında Trend in sualına cavab verərkən, Sokolin bildirib ki, "Rusiyaya mühacirlər lazımdır, çünki artıq əmək resurslarının və demoqrafiya probleminin çatışmazlığı probleminin həlli üçün mühacirlərin cəlb olunma zərurəti barədə rəsmi səviyyədə bəyanatlar verilir", - deyə o bildirib.

Onun sözlərinə görə, əmək resurslarının çatışmazlığı Rusiya iqtisadiyyatının artımının ciddi məhdudlaşdırıcısı olacaq, belə ki, RF bu gün yeganə ölkədir ki, burada milyonlarla əhali azaldıqda, iqtisadiyyatda 5-7% artım müşahidə olunur.

"Heç yerdə belə deyil və tezliklə bu problemlər Rusiya üçün ümummilli faciəyə çevriləcək", - deyə o qeyd edib.

Dövlət Statistika Xidmətinin rəhbəri qeyd edib ki, Rusiyada, xüsusilə də kişilərin yaşam müddəti həmçinin ciddi problemlərdəndir. Rəsmi məlumatlara görə, Rusiyadakı kişilər çox nadir hallarda 57 yaşına çatır.

Xəbər lenti

Xəbər lenti