...

Dövlət Dumasının nümayəndə heyəti Belqrada yola düşür

Dünya xəbərləri Materials 7 Noyabr 2006 11:21 (UTC +04:00)

Çərşənbə axşamı Serbiya Xalq Skupşinasının (parlament) ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin dəvətilə RF Dövlət Dumasının birinci vitse- spikeri Lyubov Sliskinin rəhbərliyi altında parlament üzvlərinindən ibarət nümayəndə heyəti Belqrada ikigünlük səfər edəcək.

Trend "RİA Novosti"-yə istinadən xəbər verir ki, səfərin proqramına Rusiya deputatlarının Serbiya prezidenti Boris Tadiçlə və baş nazir Voislav Koştunitslə, Skupşinanın sədri Predraq Markoviçlə və Serbiyanın ATƏT-in daimi parlament nümayəndəliyinə daxil olan xalq diplomatik nümayəndələrinin qrupu ilə görüşlər daxildir. ATƏT-dəki Rusiya və Serbiya nümayəndə heyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Gözlənilir ki, çərşənbə günü Lyubov Sliska qonaq qismində Serbiyanın yeni Konstitusiyanın təsdiq ediləcəyi ölkə parlamentinin təntənəli iclasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti