...

Yaponiya ÇXR-dən peyk əleyhinə silah sınaqları ilə bağlı izahat istəyib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 16:19 (UTC +04:00)

Yaponiya hökuməti Pekindən ÇXR-də ballistik raketlərin köməyi ilə orbitdə peykin məhv edilməsi ilə bağlı keçirilən təcrübənin şərait və məqsədlərini izah etməyi tələb edib. Bu barədə bu gün Tokioda Nazirlər Kabinetinin baş katibi Yasuxisa Siodzaki bildirib.

"İTAR-TASS"a istinadən Trend xəbər verir ki, bəyanat ÇİN XİN-ə Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə çatdırılıb.

Kabinetin baş katibi bildirib ki, peykin raket vasitəsilə məhv edilməsi barədə məlumat ABŞ-dan alınıb.

O deyib: "Kosmosdan dinc məqsədlər üçün istifadə və təhlükəsizliymizin təmin edilməsinin vacibliyi prinsipindən çıxış edərək Çində keçirilən sınaqlarla bağlı biz narahatlıq keçiririk".

Xəbər lenti

Xəbər lenti