...

İraqın nazir müavini müalicə kursu keçdiyi klinikadan çıxıb

Dünya xəbərləri Materials 4 Aprel 2007 16:54 (UTC +04:00)

İraqın nazir müavini Salyam əz-Zubai ona edilən sui-qəsddən sonra İordaniyada müalicə kursu keçdiyi klinikadan çıxıb. İraqın Ammandakı səfiri Səid əl-Xayəninin məlumatına görə, Zubai tamamilə sağalıb, ancaq o, daha bir neçə gün İordaniyanın paytaxtında qalacaq. Xəbəri RBK Associated Press-ə istinadən yayıb.

Zubai əsasən şiələrdən ibarət İraq hökumətində yüksəkvəzifəli sünni siyasətçidir. Ona sui-qəsd 2007-ci il mart ayının 23-də olub. Bağdad məscidlərindən birində elə namaz (ibadət) zamanı terrorçu partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində 9 nəfər ölüb, nazir müavini isə ağır vəziyyətdə yaralanıb. Əvvəlcə onu Bağdad xəstəxanalarından birinə çatdırıblar, keçən həftə isə onu İordaniyanın paytaxtındakı Krallığın Tibbi mərkəzinə gətiriblər. Cari ilin mart ayında həmin klinika İraq prezidenti Cəlal Təlabaninin daxili orqanlarının bərpa olunmasına kömək edib.

Xəbər lenti

Xəbər lenti