...

Tbilisidə "Poliqrafiya və reklam" ikinci beynəlxalq konfrans keçiriləcək

Dünya xəbərləri Materials 26 Aprel 2007 15:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Aprelin 27-29-da Tbilisidə "Expo Georgia" sərgi mərkəzində "Poliqrafiya və reklam" ikinci beynəlxalq konfrans keçiriləcək. Sərgi mərkəzindən verilən məlumata görə, 45 stenddə 60 şirkətin poliqrafik materialları, texnologiyaları və aksesuarları yerləşdiriləcək.

Sərgidə Belçika, Almaniya, Türkiyə, Yaponiya, İtaliya, Fransa, Ermənistan, Tailand, Çexiya, Hollandiya və digər ölkələrdə istehsal olunan məhsullar təqdim olunacaq.

Sərginin qonaqları bu sahədə çalışan peşəkar mütəxəssislərlə görüşüb məsləhətlər ala biləcəklər, habelə müasir tendensiyalarla tanış olacaqlar.

Sərgi ilə paralel olaraq "Ultra Qruppa" şirkəti EPİCAL Avropa reklam festivalnın materialının analizini və icmalını təqdim edəcək.

Sərginin rəsmi açılışı aprelin 27-də saat 11.00-də baş tutacaq. "Expo Georgia"nın təşkil etdiyi sərgi Tbilisi meriyasının himayəsi altında keçiriləcək. .

Xəbər lenti

Xəbər lenti