...

Musiqi məktəblərinin şagirdləri Bakı Şopinq Festivalının açılışında iştirak ediblər (FOTO)

Mədəniyyət Materials 11 Aprel 2017 14:52 (UTC +04:00)
Bakı musiqi məktəblərinin şagirdləri Bakı Şopinq Festivalının açılışında iştirak ediblər.
Musiqi məktəblərinin şagirdləri Bakı Şopinq Festivalının açılışında iştirak ediblər (FOTO)

Bakı. Trend:

Aprelin 10-da Bakı Şopinq Festivalı çərcivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblı “Park Bulvar”da və 4 nömrəli uşaq incəsənət məktəbinin ansamblı isə “28 mall”da musiqi proqramları ilə çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, ifa olunan Azərbaycan ritmləri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Şopinq festivalda Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti