...

Erməni təxribatı nəticəsində Ağdam və Tərtərə dəymiş ziyanın statistikası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 17:56 (UTC +04:00)
Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam və Tərtər rayonlarına ağır artilleriyalardan atəşə tutması nəticəsində hər iki rayonun təmas xəttindəki kəndlərində ziyan çəkən evlərin sayı açıqlanıb.
Erməni təxribatı nəticəsində Ağdam və Tərtərə dəymiş ziyanın statistikası

Bakı. Samir Əli - Trend:

Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam və Tərtər rayonlarına ağır artilleriyalardan atəşə tutması nəticəsində hər iki rayonun təmas xəttindəki kəndlərində ziyan çəkən evlərin sayı açıqlanıb.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, ermənilərin təxribatı nəticəsində rayon ərazisində 162 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb, 140 ev isə qismən dağılıb.

Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerində olub həmin evlərin hazırki vəziyyəti ilə bağlı akt tərtib ediblər.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov isə Trend-ə bildirib ki, hadisə nəticəsində əsasən rayonun Sarıcalı, Evoğlu, Mahrızlı, Çıraqlı, Mirəşəmli, Çəmənli, Qaradağlı, Baharlı və Üçoğlan kəndləriatəşə tutulub. Nəticədə rayon ərazisində 1 məscid, 1 orta məktəb, 1 elektrik yarımstansiyası, bir inzibati bina dağılıb. Bununla yanaşı rayonda 8 ev tam dağıdılıb, 28 evə isə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti