...

Bəyanat: Azərbaycan və Ermənistan rəhbərləri bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olunduğunu qeyd ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2016 23:44 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşünün yekunlarına dair birgə bəyanatda Vyana görüşü zaman əldə olunan və vəziyyətin sabitləşməsinə yönələn və sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanı təsdiqləyiblər
Bəyanat: Azərbaycan və Ermənistan rəhbərləri bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olunduğunu qeyd ediblər

Bakı. Trend:

Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşünün yekunlarına dair birgə bəyanatda Vyana görüşü zaman əldə olunan və vəziyyətin sabitləşməsinə yönələn və sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanı təsdiqləyiblər.

Trend-in Kremlin saytına istinadən verdiyi xəbərə görə, bu məqsədlə prezidentlər münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması barədə razılığa gəliblər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin son vaxtlar qorunmasından məmnun qaldıqlarını bildirdilər.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti