...

2006-cı ildə Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə $210 mln. ayıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2006 15:08 (UTC +04:00)

2006-cı ildə Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş proqramlara $210 mln. vəsait ayıracaq. Trend in məlumatına görə, bu barədə AR baş nazirinin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Hökumət bu vəsaiti inkişaf proqramları, yeni iş yerlərinin açılması, mikrokredit layihələri, ərzaq proqramları, təhsil və səhiyyə sahələrinin inkişafı, bərpa layihələri, vətəndaş cəmiyyəti və icmalarla bağlı layihələr, sosial layihələr və digər bu kimi proqramların gerçəkləşdirilməsinə yönəltməyi nəzərdə tutur.

Ə.Həsənov deyib ki, onda olan məlumata görə, bu il beynəlxalq təşkilatların Azərbaycanın qaçqın və məcburi köçkünlərinin ehtiyaclarının təmin edilməsi üçün təxminən $ 30 mln. vəsait ayıracağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti