Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin deputatları Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.
Milli Məclisdən çərşənbə günü Trend-ə bildiriblər ki, deputatlar yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.
Yanvarın 15-nə təyin olunmuş seçkiləri deputatlardan Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər.