...

MÜDAFİƏ NAZİRİ AVROPADA ABŞ SİLAHLI QÜVVƏLƏRİ KOMANDANIN MÜAVİNİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 24 Sentyabr 2005 17:57 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Ştutqarda (Almaniya) səfəri çərçivəsində onun Avropada ABŞ Silahlı Qüvvələrinin kompandanın müavini, general Çarlz Uoldla görüşü keçirilib. Azərbaycanın Müdafiə Nazirliyindən Trend ə verilən məlumata görə, görüşün gedişində Azərbaycanla ikitərəfli əlaqələr və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın fəal tərəfdaşlarındandır. Biz istəyirik ki, Azərbaycanın Silahlı Qüvvələri güclü və mobil olsunlar və NATO standartlarına cavab versinlər", - Ç.Uold bildirib.

Öz növbəsində S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin hazırki durumu barədə danışıb. Nazir həmçinin, birgə tədbirləri bir ildən artıq müddətə planlaşdırmağa imkan verməyən 907-ci düzəlişinin tam ləğvi prosesinin uzanmasından təəssüfləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti