...

Silahlı Qüvvələrin nümayəndələri bir sıra tədbirlərdə iştirak edir

Siyasət Materials 17 Oktyabr 2005 19:48 (UTC +04:00)

Oktyabrın 17-dən başlayaraq silahlı qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində İtaliyanın paytaxtı Romada "Yüksək rütbəli zabitlər və səfirlər üçün kurs", Almaniyanın Oberammerqau şəhərində "Açıq mənbələrdən kəşfiyyat" və "Çoxmillətli qüvvələrlə tanışlıq" kursları işə başlamışdır. Kurslar oktyabrın 21-dək davam edəcək.

Oktyabrın 28-dək Türkiyənin paytaxtı Ankarada "Silahlı münaqişələr hüququ" üzrə kurs, Niderland Krallığının Brunsum şəhərində isə "Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri" üzrə təlim keçirilir.

Xəbər lenti

Xəbər lenti