...

X.Xələfov: Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsində irəliləyiş var

Siyasət Materials 24 Noyabr 2005 20:44 (UTC +04:00)
X.Xələfov: Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsində irəliləyiş var

Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsində müəyyən irəliləyişlər var və Astanada aparılan sonuncu məsləhətləşmələrin nəticələrini müsbət qiymətləndirmək olar. Bu barədə Trend ə eksklüziv olaraq Astanadan qayıtmış Azərbaycan prezidentinin Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsi üzrə xüsusi nümayəndəsi, AR xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib. Bu günlərdə Astanada Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə Xüsusi işçi qrupunun XIX iclası keçirilib.

Onun sözlərinə görə, Astanada dənizin hüquqi statusuna dair Konvensiyanın ayrı-ayrı bəndləri üzrə razılaşma əldə olunub. "Bütün Xəzəryanı dövlətlər məsələnin həlli üzrə səylərin artırılması ilə bağlı arzusunu ifadə edib" -deyə nazir müavini qeyd edib.O, həmçinin əmin olduğunu bildirib ki, işçi qrupunun Moskvada keçiriləcək növbəti iclasında daha böyük nailiyyətlər əldə olunacaq.

O, qeyd edib ki, Astanada dənizin statusu üzrə beştərəfli görüşlərlə yanaşı, ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin aparılmasının da məqsədəuyğun hesab edilməsi barədə qərar qəbul edilib. Türkmənistanla ikitərəfli məsləhətləşmələrin bərpa edilməsi məsələsinə toxunan X.Xələfov qeyd edib ki, Azərbaycan tərəfi bu danışıqları dayandırmayıb, sadəcə olaraq bu məsləhətləşmələrin növbəti tarixi hələlik müəyyən edilməyib. "Biz bunun üzərində işləyirik" -deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti