...

Məşvərət Məclisi üzvlüyünə məşvərətçi səslə üç partiya qəbul edilib

Siyasət Materials 5 Yanvar 2006 11:54 (UTC +04:00)

Kəndli, Ədalət və İnkişaf, Xalq İttifaqı partiyaları iqtidaryönlü partiyaların Məşvərət Məclisi üzvlüyünə məşvərətçi səslə qəbul edilib. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

O qeyd edib ki, adıçəkilən üç partiya dövlət qeydiyyatına alınmadığından yalnız Məşvərət Məclisinin iclaslarında iştirak etmək hüququ qazanıb: "Onların hər hansı bir qərarın qəbulunda səsvermə hüququ yoxdur. Ona görə də həmin partiyalar məşvərətçi səslə quruma qəbul edilib", - deyə M.Əlizadə əlavə edib.

Qurumun sədri onu da bildirib ki, nizamnaməyə əsasən, yalnız qeydiyyatı olan partiyalar Məşvərət Məclisi üzvlüyünə rəsmən qəbul edilə bilər.

Xəbər lenti

Xəbər lenti