...

Avropalı gənclər Gəncə ilə tanışlıqdan məmnundurlar (FOTO)

Cəmiyyət Materials 3 May 2016 18:13 (UTC +04:00)
Gəncədə Avropa Gənclər Paytaxtı 2016-nın rəsmi açılışı ilə bağlı tədbirlərə bu gündən başlanılıb.
Avropalı gənclər Gəncə ilə tanışlıqdan məmnundurlar (FOTO)

Bakı. Trend:

Gəncədə Avropa Gənclər Paytaxtı 2016-nın rəsmi açılışı ilə bağlı tədbirlərə bu gündən başlanılıb. Səhər saatlarından etibarən şəhərə gələn yerli və xarici qonaqların hava limanında qarşılanması təşkil edilib. Daha sonra şəhərlə tanışlıq başlayıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, nüfuzlu xarici təşkilatların rəhbər və nümayəndə heyətləri Məhsəti Gəncəvi Mərkəzində "Küçələrə su səpmişəm" xalq mahnısının sədaları altında qarşılanıblar. Rəsm əsərləri, uşaq və gənclərin əl işləri, Azərbaycan xalçaları, milli musiqi alətləri qonaqlarda böyük maraq doğurub. Növbəti dayanacaq Nizami Gəncəvi məqbərəsi və muzeyi olub. Dahi Azərbaycan şairinin qəbri ziyarət edilərək, "Xəmsə"si, xaricdən gətirilən əlyazmaları qonaqlara nümayiş etdirilib. Gəncənin hərb tarixi, əhalisinin məişəti və süfrə mədəniyyəti, yaşadılan ənənələri isə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanışlıq zamanı qonaqlara təqdim edilib.

Moldova Gənclər Şurasının vitse-prezidenti Karolina Dodon deyib: "Sizin şəhəriniz çox gözəl və tarixidir. Siz onu qiymətləndirməli və sevməlisiniz. Moldova da gözəl ölkədir, iki ölkənin gəncləri arasında heç bir fərq görmürəm. Mən iki il öncə Azərbaycanda, Bakıda olmuşam. Bakı səsli-küylü, aktiv şəhərdir. Gəncə isə nağıllar şəhəridir - sakit, sevimli və tarixi. Sizin binalarınız çox gözəldir, harmonik və xoşagəlimlidir, küçədə gəzmək çox xoşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti