...

Gəncənin avropalı qonaqları Göygölü ziyarət ediblər

Cəmiyyət Materials 3 May 2016 22:35 (UTC +04:00)
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimində iştirak etmək üçün Gəncəyə gələn Avropalı qonaqlar şəhərlə ətraflı tanışlıqdan sonra Avropalı qonaqlar Azərbaycanın təbiət incilərindən olan Göygölü görmək üçün Milli Parka gəliblər. Burada isə onları dumanlı və çiskinli hava qarşılayıb.
Gəncənin avropalı qonaqları Göygölü ziyarət ediblər

Bakı. Trend:

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimində iştirak etmək üçün Gəncəyə gələn Avropalı qonaqlar şəhərlə ətraflı tanışlıqdan sonra Avropalı qonaqlar Azərbaycanın təbiət incilərindən olan Göygölü görmək üçün Milli Parka gəliblər. Burada isə onları dumanlı və çiskinli hava qarşılayıb.

Sin. Tamas Szabo - "Kluj Napoka Avropa Gənclər Paytaxtı 2015"in nümayəndəsi "Mən Azərbaycanda, Avropanın bu hissəsində ilk dəfədir oluram. Ona görə də mənə hər şey maraqlı gəlir. Hiss olunur ki, şəhərin özü də, ətrafı da iqtisadi baxımdan, infrastruktur cəhətdən çox inkişaf edib. Mən dağları çox sevirəm, amma indi duman səbəbindən görə bilmirəm. Ona görə, gərək ilin başqa fəslində buraya yenidən gəlim".

Sin. Lora Lubonova - Avropa Gənclər Forumun nümayəndəsi:

"Bu gün mənim Gəncədə ilk günüm idi. Məhsəti Gəncəvi Muzeyində oldum. Özüm feminist olduğumdan bir xanımın adını daşıyan mədəniyyət mərkəzi görmək mənə çox xoş oldu. Ölkəmə qayıdandan sonra oradakı dostlarıma Məhsəti Gəncəvi barədə danışacağam".

Sin. Andras Farkas - Rumınya nümayəndəsi: "Mən əvvəllər də Gəncədə olmuşam. Bu şəhəri bəyənirəm. Gəncə ilə əlaqələr inkişaf etdirilməlidir. Düşünürəm ki, Avropa Gənclər Paytaxtı seçilməsi bu işdə böyük kömək olacaq".

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, daha sonra əcnəbi qonaqlar açıq havada canlı musiqinin sədaları altında onların şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər. Ardınca isə qapalı məkanda Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti