...

Nazirlik: Şahdağda qar örtüyünün hündürlüyü 1 sm olub

Cəmiyyət Materials 29 Sentyabr 2016 10:56 (UTC +04:00)
Sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Nazirlik:  Şahdağda qar örtüyünün hündürlüyü 1 sm olub

Bakı. Trend:

Sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti