...

Azərbaycanda ən iri kimya zavodlarından biri işini dayandırır - SƏBƏB?

Cəmiyyət Materials 16 İyun 2017 19:25 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu avqust ayında təmirə dayandırılacaq.
Azərbaycanda ən iri kimya zavodlarından biri işini dayandırır - SƏBƏB?

Sumqayıt. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu avqust ayında təmirə dayandırılacaq.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Oqtay Niftəliyev deyib.

Zavod direktoru qeyd edib ki, təmir işləri 3 illik müddəti əhatə edəcək: “Avqust-sentyabr aylarında avtomat idarəetmə sistemlərinin quraşdırılmasının birinci mərhələsi başa çatacaq. Bunda sonra digər avadanlıqların quraşdırılması planlaşdırılır”.

O.Niftəliyev deyib ki, təmir-bərpa işinin əsas məqsədi zavodun etilen və polietilen istehsalı gücünü “SOCAR Polymer” zavodunun xammalla təmin olunması üçün ildə 150 min tonadək yüksəltməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti