...

Ekologiya və təbii sərvətlər Nazirliyi Qəbələ RLS-in ətraf mühitə təsirinin öyrənilməsi üzrə iş aparır

Cəmiyyət Materials 27 Dekabr 2005 18:32 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər Nazirliyi Qəbələ RLS-in ətraf mühitə təsirinin öyrənilməsi üzrə iş aparır. Trend bildirir ki, dekabrın 27-də AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bəyan edib.

Onun sözlərinə görə, nazirlik artıq tədqiqatda lazım olacaq Rusiya istehsalı olan müvafiq avadanlığı gətirib. "Amma bu avadanlıq bizdə tam əminlik yaratmır. Bununla belə biz digər ölkələrin, xüsusilə Qərbi Avropa istehsalı olan avadanlıq ala bilərik, belə ki, bu, çox bahadır. Bu səbəbdən həmin istiqamətdə işlər bir qədər ləngiyir" -deyə o bildirib.

Azərbaycanda AES-in tikintisi məsələsinə toxunan nazir deyib ki, belə bir layihə heç vaxt müzakirə edilməyib. "MAQATE-nin nümayəndələri Azərbaycanın radioaktiv mənbələri üzərində nəzarət imkanlarının genişləndirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsində ölkəmizlə əməkdaşlıq edir" -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti